Qırğızıstan iqtisadiyyatı ötən il 11 faiz böyüyüb və bu sıçrayış, əsasən, Rusiyaya qarşı sanksiyalar fonunda yaranan siyasi-iqtisadi proseslər hesabına baş verib.
“Qafqazinfo” “The New York Times” (NYT) nəşrinə istinadla xəbər verir ki, Qərb sanksiyalarından sonra Qırğızıstan Çin və Avropa mallarının Rusiyaya ötürülməsində əsas tranzit kanala çevrilib.
Respublika vasitəsilə Rusiyaya avtomobillər, elektronika təyinatlı avadanlıqlar və ödənişlər daxil olur. Asiya İnkişaf Bankının qiymətləndirməsinə görə, son dörd ildə Qırğızıstan iqtisadiyyatındakı artımın 30-40 faizini məhz reeksport təmin edib.
Nəşr yazır ki, ölkədəki iqtisadi bum Prezident Sadır Japarovun mövqelərini daha da möhkəmləndirib. Japarovun həyata keçirdiyi vergi və gömrük islahatları nəticəsində 2020-ci ildən bəri vergi daxilolmaları dörd dəfə, gömrük yığımları isə altı dəfə artıb.
Son xəbərlər
Son Xəbərlər