Qızdırıcı partladı - 30 yaşlı kişi xəstəxanalıq oldu

qizdirici-partladi
Oxunma sayı: 1130

Gəncədə evdə bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, hamam otağında qızdırıcının partlaması nəticəsində bir nəfər ağır xəsarət alıb.

Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Ayxal Hümbətov müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili olaraq xəstəxanaya yerləşdirilib.

Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır. 

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev