ABŞ Prezidenti Donald Tramp ABŞ, Danimarka və Qrenlandiya arasında ada ilə bağlı razılıq əldə olunduğunu açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, Tramp “Truth Social” platformasında bildirib ki, razılaşmaya əsasən, ABŞ Qrenlandiyada əhəmiyyətli hərbi mövcudluq yaradacaq.
Eyni zamanda, ABŞ-nin razılığı olmadan digər ölkələrin adada hərbi baza yaratması və strateji əhəmiyyətli investisiyalar həyata keçirməsi mümkün olmayacaq.
ABŞ Prezidenti razılaşmanın müddətinin məhdud olmadığını vurğulayıb. Onun sözlərinə görə, əldə olunan razılaşma Vaşinqtonun Qrenlandiyanın və ABŞ-nin təhlükəsizliyini təmin etmək məqsədilə adada zəruri addımlar atmasına imkan verəcək.
Son xəbərlər
Son Xəbərlər