Qubada 2 nəfər intihar edib

qubada-2-nefer-intihar-edib
Oxunma sayı: 3501

Quba rayonunda iki nəfər intihar edib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Səbətlər kəndində yaşayan 1980-ci il təvəllüdlü Məmmədov Qoşqar Böyükoğa oğlu evinin giriş hissəsində özünü asaraq intihar edib.

Oxşar hadisə rayonun Atuc kəndində baş verib. 1983-cü il təvəllüdlü İsmət Sultanov evinin həyətindəki tövlədə özünü asaraq həyatına son qoyub.

Hər iki hadisə ilə bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.