Qubada eyni yerdə ardıcıl qəzalar - Video

qubada-eyni-yerde-ardicil-qezalar
Oxunma sayı: 592

Qubada eyni ərazidə yol-nəqliyyat hadisələrinin mütəmadi baş verdiyi bildirilir.

“Qafqazinfo” xəbər verir ki, Shimal.News-a danışan sürücülərin sözlərinə görə, Əliqulu Nərimanov küçəsində, xüsusilə Heydər Əliyev prospekti və Hacıtağı Rüstəmov küçəsinin kəsişməsində qəza halları tez-tez təkrarlanır.

Sakinlər iddia edirlər ki, hadisələrin bir hissəsi şəhərə gələn qonaqların yol nişanlarının tələblərinə diqqət yetirməməsi ilə bağlıdır.

Onların sözlərinə görə, ərazini tanımayan sürücülərin diqqətsizliyi həm özləri, həm də yerli sakinlər üçün təhlükə yaradır.

Vətəndaşlar həmin kəsişmədə sürücülərin daha diqqətli olmasını və yol nişanlarının tələblərinə əməl edilməsini istəyirlər. Həmçinin cavabdeh qurumlar tərəfindən burada baş verən qəza hallarının qarşısının alınması üçün problemin köklü şəkildə həllinə yönəlmiş addımların atılmasını xahiş edirlər.