Bu gün saat 14 radələrində Bakı-Quba yolunun Quba rayonunun Pirvahid kəndi ərazisindən keçən hissəsində ağır qəza baş verib.
“Qafqazinfo” xəbər verir ki, “Mercedes” markalı minik avtomobil ilə “İveco” markalı yük avtomobili toqquşub.
Hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Onların arasında azyaşlı uşaq da var.
Faktla bağlı araşdırma aparılır.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Quba rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 5 nəfər (2 kişi, 3 qadın) 17.08.2026-cı il tarixində saat 14:50 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.

Son xəbərlər
Son Xəbərlər