Ötən gecə saat 22 radələrində Quba şəhərində törədilmiş dəhşətli yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.
“Qafqazinfo” xəbər verir ki, görüntülərdən Bakı şəhər sakini, 28 yaşlı Kənan Cabbarovun “Mercedes” markalı avtomobili yolun əks hərəkət istiqaməti ilə sürətlə idarə etdiyi görünür.
Nəticədə avtomobil öz yolu ilə hərəkət edən “Opel” markalı minik maşınına çırpılıb. “Opel”i idarə edən İkinci Nügədi kənd sakini, 1982-ci təvəllüdlü Elşad Qayıbov hadisə yerində ölüb. Qəzanı törədən K.Cabbarov isə xəstəxanaya yerləşdirilib.
Hadisənin anbaan görüntülərini təqdim edirik: