Qurtuluş Günü Kürdəmirdə qeyd edildi - Fotolar

qurtulus-gunu-kurdemirde-qeyd-edildi
Oxunma sayı: 254

İyunun 13-də 15 İyun – Milli Qurtuluş Günü münasibətilə, Azərbaycanda elan edilmiş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Kürdəmir rayonunda ümumrayon konsert proqramı təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri və rayon sakinləri iştirak edib.

Konsert proqramında rayonun mədəniyyət və incəsənət nümayəndələri ilə yanaşı, respublikamızın tanınmış sənətçiləri, xalq artisti Gülüstan Əliyeva, həmçinin sevilən müğənnilər Azəri qızı Günel, İlhamə Qasımova, Günel Nihat, Habil Məmmədov və tələbələri və Baba İsalı müxtəlif ifalar səsləndiriblər.

Sonda konsert proqramı möhtəşəm atəşfəşanlıqla başa çatıb.