“Qütb TV”nin həyətində yanğın olub - Video

qutb-tvnin-heyetinde-yangin-olub
Oxunma sayı: 2678

Qubada keçmiş "Qütb TV"nin həyətində yanğın baş verib. 

Sakinlər "Qafqazinfo"nun Şimal bölgə müxbirinə bildirib ki, "Qütb TV"nin qapısı həmişə açıq olub.

Yanğın baş verən ərazinin yaxınlığında olan yanacaqdoldurma məntəqəsinin işçisi qeyd edib ki, yanacaq çəni hadisə yerinə yaxındır və bu çox təhlükəlidir. 

Yanğın YDM-in işçiləri tərəfindən söndürülüb. Televiziyanın inzibati binasına ziyan dəyməyib. 

Xatırladaq ki, Qütb TV — 1995-ci ildən 2015-ci ilə kimi fəaliyyət göstərmiş, Azərbaycanın özəl telekanallarından biri olub. 2015-ci ilin aprel ayında fəaliyyəti dayandırılıb və tezliyində "Günəş TV" yayıma başlayıb. "Günəş TV"- isə Xaçmazdan yayımlanır.

Emin Kərimov