BMT-nin baş katibi Antonio Quterreş ABŞ, İsrail və İrana müraciət edib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb.
O, Vaşinqton və Təl-Əvivi müharibəni dayandırmağa və Tehranı Yaxın Şərq ölkələrinə hücum etməməyə çağırıb.
“Nəzarətdən çıxmaq riski ilə üzləşən bu müharibəyə son qoymağın vaxtı çatıb”, - Quterreş bildirib.
O, həmçinin qlobal iqtisadiyyat üçün təhlükə yaradan Hörmüz boğazının blokadasına son qoymağın vacib olduğunu qeyd edib.
Son xəbərlər
Son Xəbərlər