BMT-nin Baş katibi Antonio Quterreş Venesuela Prezidenti Nikolas Maduro ilə telefon danışığı aparıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər bölgədəki gərgin vəziyyəti müzakirə ediblər.
Söhbət zamanı Baş katib BMT-nin üzv ölkələrin regional sabitliyi qorumaq üçün beynəlxalq hüquqa riayət etməsi və gərginliyi azaltması zərurəti ilə bağlı mövqeyini təsdiqləyib.
Xatırladaq ki, tanınmış jurnalist Taker Karlson ABŞ Prezidenti Donald Trampın bu gecə xalqa müraciəti zamanı Venesuelaya qarşı tammiqyaslı hərbi müdaxilənin başladığını elan edə biləcəyi ilə bağlı məlumat yayıb.
Son xəbərlər
Son Xəbərlər