DİN-də yeni təyinat

din-de-yeni-teyinat
Oxunma sayı: 11703

Bir müddət öncə kompleks yoxlamalardan sonra vəzifəsindən çıxarılaraq sərəncama götürülən Suraxanı RPİ 31-ci Polis Bölməsinin sabiq rəisi, polis polkovnik-leytenantı İman Mehdiyevə yeni vəzifə verilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə İman Mehdiyev nazirliyin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin Baş əməliyyat müvəkkili vəzifəsinə təyin edilib.

Xatırladaq ki, bir müddət öncə Suraxanı RPİ-yə rəis təyin edilən Süleyman Nemətov idarəyə kompleks yoxlama çağırıb və nəticədə bir sıra yüksək rütbəli polislər vəzifədən çıxarılaraq sərəncama götürülmüşdü. Onlardan biri də 31 Polis Bölməsinin rəisi İman Mehdiyev idi.

Murad Əhməd