“Range Rover”dən 11 min oğurlayan “ayıq sürücü” saxlanıldı

range-roverden-11-min-ogurlayan-ayiq-surucu-saxlanildi
Oxunma sayı: 721

Paytaxtın Xətai rayonunda “Range Rover” markalı avtomobildən 11.000 manat oğurlanıb.

“Qafqazinfo” xəbər verir ki, vətəndaşın şikayəti əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı R.Quliyev saxlanılıb.

Araşdırmalarla məlum olub ki, o, hadisə vaxtı avtomobilin sahibinə özünü “ayıq sürücü” xidməti göstərdiyini bildirərək nəqliyyat vasitəsinin sükanı arxasında əyləşib. R.Quliyev avtomobili qarajda saxladıqdan sonra isə zərərçəkənin ani diqqətsizliyindən istifadə edərək saxlanc yerində olan pul vəsaitini talayıb.

Rayon ərazisində keçirilən digər tədbir nəticəsində isə bank kartından 723 manat oğurlamaqda şübhəli bilinən 35 yaşlı S.Ramazanov və əvvəllər məhkum olunmuş 25 yaşlı X.Mehdiyev də müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.