Rauf Arifoğlu deputatlığa namizəd oldu

rauf-arifoglu-deputatliga-namized-oldu
Oxunma sayı: 5651

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu fevralın 9-da keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə namizəd kimi iştirak edəcək. 

“Qafqazinfo”nun məlumatına görə, bu barədə o, Feysbuk hesabında məlumat verib.

“Bu gün seçki hüququmdan istifadə edərək, 35 saylı Xətai 3-cü seçki dairəsindən deputatlığa namizədliyimi irəli sürdüm. Bunun üçün lazım olan sənədləri səlahiyyətli nümayəndəm DSK-ya təqdim etdi”, - Arifoğlu paylaşımında qeyd edib.