Rəisinin həlak olduğu helikopter qəzası ilə bağlı yekun qərarı təkzib etdilər - Yenilənib

reisinin-helak-oldugu-helikopter-qezasi-ile-bagli-yekun-qerari-tekzib-etdiler
Oxunma sayı: 7848

İranın mərhum prezidenti İbrahim Rəisinin həlak olduğu helikopter qəzası ilə bağlı başladılan istintaq prosesi yekunlaşıb.

“Qafqazinfo” xəbər veir ki, bu haqda “Fars” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, may ayında İbrahim Rəisinin içərisində olduğu helikopterin qəzaya uğramasına hava şəraiti və təyyarənin apardığı yükü daşıya bilməməsi səbəb olub.

Qəzaya hər hansı kənar müdaxilələr olmayıb.

***

İran Silahlı Qüvvələrinin Baş Qərargahı “Fars” agentliyinin İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının səbəblərinə dair məlumatını təkzib edib. 

“Fars” agentliyinin helikopterin qəzaya uğramasında amillərdən biri kimi təhlükəsizlik protokollarına zidd olaraq göyərtədə daha iki sərnişinin olması, bu səbəbdən helikopterin lazımi hündürlüyü əldə edə bilməməsi barədə məlumatı yalandır”, - bəyanatda deyilir.