“Report” 12 yaşında!

report-12-yasinda
Oxunma sayı: 225

Bu gün “Report” İnformasiya Agentliyinin 12 yaşı tamam olur.

“Qafqazinfo” xəbər verir ki, “Global Media” şirkətlər qrupuna daxil olan agentlik 2014-cü ildə fəaliyyətə başlayıb.

Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən agentlik siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən hadisələri işıqlandırır.

“Report”un Türkiyə, ABŞ, Fransa, Gürcüstan, Ukrayna, Rusiya və Qazaxıstanda, həmçinin Avropa İttifaqı ölkələri və Balkan ölkələri üzrə çalışan xüsusi büroları həmin ölkələrdə baş verən mühüm hadisələri, Azərbaycanla həmin ölkələr arasında əlaqələrin inkişafı ilə bağlı məqamları, orada yaşayan azərbaycanlıların fəaliyyətini diqqətlə izləyir, müxtəlif səpkili yazılar hazırlayır.

Həmkarlarımızı təbrik edirik!