Dünyaşöhrətli müğənni Rihannanın evinə atəş açan bloger İvanna Ortizi ömürlük həbs cəzası gözləyir.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “The New York Times” məlumat yayıb.
Belə ki, 35 yaşlı İvanna Ortiz adam öldürməyə cəhd, silahla hücum və yaşayış binasına atəş açmaqda ittiham olunur.
Təqsirli bilinərsə, onu ömürlük həbs cəzası gözləyir.
Qeyd edək ki, İvanna Ortizin məhkəməsi martın 25-nə təyin edilib.
Xatırladaq ki, İ. Ortiz müğənninin malikanəsinə 10 atəş açıb. Mənbələrin məlumatına görə, hadisə baş verən zaman Rihanna evinin içərisində olub. Atışma zamanı xəsarət alan olmayıb.
Son xəbərlər
Son Xəbərlər