Ronaldo 2020-ci ildə ilk dəfə meydanı qolsuz tərk etdi

ronaldo-2020-ci-ilde-ilk-defe-meydani-qolsuz-terk-etdi
Oxunma sayı: 2939

Dünən çempionlar Liqasının 1/8 final matçında “Lion” doğma meydanda “Yuventus”u məğlub edib -1:0. “Qafqazinfo” xəbər verir ki, bu görüşdə İtaliya təmsilçisinin ulduz futbolçusu Kristiano Ronaldo 2020-ci ildə ilk dəfə bir oyunu qolsuz tamamlayıb.

Belə ki, portuqaliyalı cari ildə bütün oyunlarda qol vurmağı bacarmışdı. O, A Seriyasında yeddi, İtaliya kubokunda isə meydana çıxdığı iki qarşılaşmada adını tabloya yazdıra bilib. Ancaq Ronaldo “Lion”a qarşı fərqlənməməklə seriyanı davam etdirə bilməyib.

Qeyd edək ki, 35 yaşlı futbolçu bu mövsüm A Seriyasında 25 qol vurub.