Ronaldo niyə əvəzetmə olmadan oynayır?

ronaldo-niye-evezetme-olmadan-oynayir
Oxunma sayı: 788

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines komandanın kapitanı və hücumçusu Kriştianu Ronaldunun fiziki vəziyyəti barədə danışıb.

“Qafqazinfo” xəbər verir ki, “Goal” nəşrinin yaydığı məlumata görə, baş mütəxəssis ulduz futbolçunun tam matç boyunca meydanda qala biləcəyini vurğulayıb.

“Kriştianu lazımi zamanda, lazımi yerdə olmağa vərdiş edib. Onun üçün bütün 90 dəqiqəni meydanda keçirmək heç bir problem yaratmır”.