Ronaldodan koronavirusla mübarizəyə növbəti dəstək

ronaldodan-koronavirusla-mubarizeye-novbeti-destek
Oxunma sayı: 2785

“Yuventus”un ulduzu Kriştianu Ronaldo koronavirusla mübarizəyə yenə dəstək verib. 

“Qafqazinfo” xəbər verir ki, o, Portuqaliyada pandemiyaya qarşı mübarizədə istifadə etmək üçün ağ ciyərlərin sağalmasında kömək edən 5 süni ventilyasiya aparatı alıb. 

Madeyra bölgəsinin tibb üzrə katibi Pedro Ramos məlumatı təsdiqləyib və futbolçu əməkdaşlığı davam etdirmək üçün danışıqları davam etdirdiklərini söyləyib.