“Rusiya artıq Ermənistanın hərbi tərəfdaşı ola bilməz” - Paşinyan

rusiya-artiq-ermenistanin-herbi-terefdasi-ola-bilmez
Oxunma sayı: 4419

“Ermənistan kiminlə hərbi əməkdaşlığı inkişaf etdirməli olduğunu anlamalıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib:

“Bundan öncə Ermənistanın müdafiə sahəsindəki münasibətlərinin 97 %-i Rusiya ilə əlaqəli idi. İndi isə bu, obyektiv və subyektiv səbəblərdən mümkün deyil”.

Paşinyanın fikrincə, Ermənistan İran, Hindistan, Gürcüstan, ABŞ, Fransa və Rusiya ilə hansı münasibətlər quracağını həmçinin KTMT-də qalmaq istəyib-istəmədiyini aydınlaşdırmalıdır.