Rusiya Kiyevdəki Cənub körpüsünü vurdu

rusiya-kiyevdeki-cenub-korpusunu-vurdu
Oxunma sayı: 403

Kiyevin Cənub körpüsü zonasında növbəti güclü partlayış baş verib.

“Qafqazinfo” “Novosti Live” portalına istinadən xəbər verir ki, partlayışdan dərhal sonra körpüdə kütləvi yanğın başlayıb və şəhərdə hava həyəcanı elan edilib.

Kiyev meri Vitali Kliçkonun verdiyi məlumata görə, Rusiyanın reaktiv dronlarının körpünün dayaqlarına vurduğu iki birbaşa zərbədən sonra Dnepr çayı üzərindən keçən metro və yerüstü nəqliyyatın hərəkəti təcili dayandırılıb. Ukrayna mətbuatı zərbə anının dəhşətli kadrlarını paylaşıb.

Hərbi ekspert, birinci dərəcəli ehtiyatda olan kapitan Vasili Dandıkin bu hücumu Ukrayna rəhbərliyinə rəsmi “qara nişan” və xəbərdarlıq adlandırıb. Onun sözlərinə görə, Cənub körpüsünün sıradan çıxarılması Kiyevin bütün nəqliyyat kommunikasiyalarını kəsəcək və Dnepr çayını keçmək üçün yalnız bərələrdən və qayıqlardan istifadə etmək məcburiyyəti yaradacaq.