Rusiya Moskvada üçtərəfli görüşü təsdiqlədi

rusiya-moskvada-ucterefli-gorusu-tesdiqledi
Oxunma sayı: 2573

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mayın 19-u Moskvada baş tutacaq Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təsdiqləyib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə danışıb.

Onun sözlərinə görə, həmçinin Bakı və İrəvan arasında ayrıca danışıqlar olacaq: “Moskva müzakirələrin Ermənistan-Azərbaycan prosesinin irəliləməsinə və mübahisəli məsələlərin həllinə kömək edəcəyinə ümid edir”.

Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzoyanın Vaşinqtondakı görüşü 4 gün (1-4 may) davam edib. Nazirlər iki dəfə ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb. Danışıqlardan sonra Blinken bəyan edib ki, Azərbaycan və Ermənistan sülh müqaviləsinin imzalanması yolunda əhəmiyyətli irəliləyiş əldə ediblər.