Rusiya 2027-ci ildə müdafiə xərclərini 17,1 trilyon rubla (202,58 milyard dollar) çatdırmağı planlaşdırır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” hökumət sənədlərinə istinadən məlumat yayıb.
Bildirilir ki, bu, büdcədə əvvəlcədən nəzərdə tutulan 13,5 trilyon rubldan təxminən 27% çox, həmçinin 2022-ci ildə Ukraynada müharibənin başlanmasından sonra ən yüksək göstəricidir.
Belə ki, yaxın üç il ərzində müdafiə üçün nəzərdə tutulan ümumi xərclər 50 trilyon rubl (591,74 milyard dollar) təşkil edəcək.
Hərbi xərclərin bir hissəsinin büdcənin digər maddələrində nəzərə alına biləcəyi iddia olunur.
Son xəbərlər
Son Xəbərlər