Rusiya ordusu Xarkovu vurdu - 4 ölü, 20 yaralı var

rusiya-ordusu-xarkovu-vurdu
Oxunma sayı: 907

Rusiya ordusu Xarkov şəhəri yaxınlığında yerləşən “Novoy Poçtı” poçt terminalına raket zərbəsi endirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində 4 nəfər ölüb. 

Məlumata görə, 20 nəfər yaralanıb və yaralılardan üçünün vəziyyəti ağırdır.

Hadisə yerində xilasedicilər və polis axtarış-xilasetmə işlərini davam etdirir.

“Novoy Poçtı” şirkəti bildirib ki, terminal gün ərzində üç dəfə vurulub.

Hücum zamanı şirkətin iki əməkdaşı və tərəfdaş şirkətin bir sürücüsü həlak olub.