Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu

rusiya-ukrayna-muharibesinde-daha-bir-azerbaycanli-helak-oldu
Oxunma sayı: 671

Daha bir Azərbaycan vətəndaşı Rusiya - Ukrayna müharibəsində həyatını itirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Belə ki, Salyan şəhərinin Babazanlı massivindən olan 51 yaşlı Ələsgərov İsmayıl Kamil oğlu müharibədə dünyasını dəyişib.

O, Sankt-Peterburq şəhərində ailə qurub və 30 ildir ki, orada yaşayırmış.

Mərhum Sankt-Peterburqda yaşayan Salyan sakinləri tərəfindən dəfn edilib.