Rusiya XİN-dən Yaponiyaya etiraz

rusiya-xin-den-yaponiyaya-etiraz
Oxunma sayı: 1365

Rusiya Xarici İşlər Nazirliyi Yaponiyaya ölkə sərhədləri yaxınlığında keçirilən hərbi təlimlərə görə etiraz edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.

“Rusiya Xarici İşlər Nazirliyi ölkə hərbçilərinin Rusiya sərhədləri yaxınlığında ABŞ-nin beynəlxalq təlimlərində iştirakı ilə bağlı Yaponiya səfirliyinə etiraz edib”, - məlumatda qeyd olunub.