Bakıda gənc oğlan infarktdan ölüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Nizami rayonu Bəhruz Nuriyev küçəsində baş verib.
Dünən saat 13 radələrində Lənkəran rayon sakini 2005-ci il təvəllüdlü Yaqub Yaqubov küçədəki 79 saylı binanın qarşısında qəfil vəfat edib.
Onun infarktdan dünyasını dəyişdiyi müəyyənləşib.
Araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər