52 yaşlı kişinin meyiti tövlədə tapıldı

52-yasli-kisinin-meyiti-tovlede-tapildi
Oxunma sayı: 927

Lənkəranda kişi meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Osakücə kəndində qeydə alınıb.

1974-cü il təvəllüdlü Ülvi Abdulla oğlu Bayramovun meyiti yaşadığı evin həyətindəki tövlədə tapılıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Ü.Bayramov Birinci Qarabağ müharibəsi iştirakçısı olub.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov