“Cib bıçaqlarının satışı qadağan olunsun”

cib-bicaqlarinin-satisi-qadagan-olunsun
Oxunma sayı: 823

Parlamentdə cib bıçaqlarının satışının ləğvi təklif edilib. 

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Müşfiq Cəfərov Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında bildirib. 

“Gənclər və yeniyetmələr arasında bıçaqlanma hadisələri baş verir. Statistikalar göstərir ki, hadisələr daha çox cibdə gəzdirilən, qatlanan bıçaqlarla baş verir. Bu bıçaqların satışının, istifadəsinin qadağan olunmasını təklif edərdim”, - deyə deputat bildirib. 

Nuranə Daxilqızı