“O gəlirlərdən rezidentlərə əlavə ödəniş edilə bilər”

o-gelirlerden-rezidentlere-elave-odenis-edile-biler
Oxunma sayı: 686

Parlamentdə rezidentlərin əməkhaqqı məsələsi müzakirə olunub.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov bildirib.

“Fəaliyyətə başlayan həkim nə qədər əməkhaqqı alırsa, rezident də o qədər maaş alır. Bununla bağlı qanun var və 2011-ci ildə qəbul edilib. Mən də istəyərəm ki, rezidentlər yüksək maaş alsınlar. Əməkhaqqı məsələsi qanunda öz həllini tapıb, sığortadan gələn gəlirlərdən rezidentlərə əlavə ödəniş edilməsi məsələsi müzakirə edilə bilər”, - komitə sədri qeyd edib.

Nuranə Daxilqızı