“Atəşgah” Sığorta Şirkəti uzun illər ərzində peşəkarlıq və innovativlik prinsiplərini əsas götürərək, şəffaf idarəetmə və sağlam inkişaf strategiyası ilə sığorta bazarının etibarlı və tanınmış iştirakçılarından biri olub.
Şirkət, 30-dan çox sığorta növünü əhatə edən geniş məhsul çeşidi və ölkənin müxtəlif regionlarını əhatə edən filial, nümayəndəlik və agent şəbəkəsi ilə müştərilərinə sığorta xidmətlərini daha əlçatan və rahat şəkildə təqdim edir.
Şirkət, 2026-cı ildə fəaliyyətinin 30-cu ildönümü münasibətilə müştərilərinə yeni və innovativ sığorta məhsulları təqdim etməyi, xüsusi kampaniyalar və güzəştlər təşkil etməyi, həmçinin xidmət keyfiyyətini artırmaq üçün müasir yanaşmalar tətbiq etməyi planlaşdırır.
Bu təşəbbüslərin əsas məqsədi müştəriyönümlü strategiyanın həyata keçirilməsi və sığorta xidmətlərinin əldə olunmasını daha çevik və rahat şəkildə təmin etməkdir.
Son xəbərlər
Son Xəbərlər