Elşən Həsənli Karrar sakinləri ilə görüşdü - Fotolar

elsen-hesenli-karrar-sakinleri-ile-gorusdu
Oxunma sayı: 473

Kürdəmirdə Rayon İcra hakimiyyəti başçısının müntəzəm olaraq yerlərdə əhali ilə keçirdiyi səyyar qəbul və görüşlər davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, RİH başçısı Elşən Həsənli Karrar qəsəbə sakinləri ilə görüşüb.

Vətəndaşlarla təşkil olunmuş görüşdə icra başçısı və onun müavini, həmçinin şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, eyni zamanda qəsəbə sakinləri iştirak ediblər.

Elşən Həsənli çıxış edərək rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı məlumat verib.

Daha sonra səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və xahişləri dinlənilib.

Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı RİH başçısı tərəfindən müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.