Rusiyada ayılar bu şəhəri əhatəyə aldı

rusiyada-ayilar-bu-seheri-ehateye-aldi
Oxunma sayı: 1609

Ayılar Rusiyanın Xakasiya Respublikasının Abaza şəhərini əhatəyə alıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Xakasiya rəhbərinin müavini Dmitri Buçenik özünün “Max” kanalında bildirib.

Onun sözlərinə görə, ötən gecə yırtıcıların hər tərəfdən şəhərə daxil olması halları qeydə alınıb.

Buçenik ayıların bir neçəsinin ovçular tərəfindən vurulduğunu, bir neçəsinin isə ərazidən uzaqlaşdırıldığını bildirib.

Qeyd edək ki, son aylarda Rusiyanın müxtəlif bölgələrində ayı hücumlarında artım müşahidə edilir. Ümumilikdə, bu müddət ərzində ölkə ərazisində ayı hücumlarından həlak olanların sayı 15 nəfərə çatıb.

Heyvanların aktivliyi daha çox Sibir və Uzaq Şərq regionlarında, xüsusilə də Krasnoyarsk diyarında müşahidə olunur.

Yırtıcıların kütləvi şəkildə insanlara yaxınlaşmasının səbəbləri sırasında Krasnoyarsk diyarındakı meşə yanğınları və payız fəslində ayıların əsas kalori mənbəyi hesab olunan sidr qozasının azlığı göstərilir.