Rusiyada helikopter qəzaya düşdü - Yenilənib

rusiyada-helikopter-qezaya-dusdu
Oxunma sayı: 4930

Rusiya Federasiyasına daxil olan Udmurtiya respublikasında helikopter qəzaya düşüb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, insident Bakı vaxtı ilə 15:00-da Yakşur-Bodinski adlı bölgədə baş verib.

Helikopter neft kəmərinə baxış keçirirmiş. İlkin məlumata görə, nəqliyyat vasitəsi Kazandan havaya qalxıb. Hazırda qəzanın detalları araşdırılır. Xilasedicilər hadisə yerinə yollanıb.

***

“İnterfaks”ın məlumatına görə, qəzaya düşən helikopter “Mi-2” tiplidir. Göyərtəsində iki pilot və bir sərnişin olub. Hələ ki, onların taleləri barədə məlumat yoxdur. 

Həmçinin oxuyun: “Azevrocar”ın avtomobili ilə 2 nəfəri öldürdü - 7 il cəza aldı