Rusiyada qadın şəkil çəkdirmək üçün məzardan gül oğurladı - Həbs edildi

rusiyada-qadin-sekil-cekdirmek-ucun-mezardan-gul-ogurladi
Oxunma sayı: 475

Rusiyanın Altay diyarının bir sakini qəbiristanlıqdan qızılgüllər oğurladığına görə şərti cəzaya məhkum edilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Altay regional prokurorluğun məlumat yayıb.

Rəsmi məlumata əsasən, təqsirləndirilən şəxs qəbir üzərində 96 ədəd qızılgüldən ibarət dəstə görüb və onlarla şəkil çəkdirmək məqsədilə həmin gülləri oğurlayıb.

Hadisədən sonra həyat yoldaşının məzarı üçün gülləri almaq məqsədilə aylarla pul toplayan zərərçəkmiş polisə müraciət edib.

Oğurluq faktı ilə bağlı cinayət işi açılıb və hüquqazidd əməli törədən şəxs müəyyən edilib. Məhkəmə onu sınaq müddəti tətbiq edilməklə iki il müddətinə şərti həbs cəzasına məhkum edib.