Rusiyada təyyarə qəzasında ölənlərin sayı artdı - Yenilənib+Video

rusiyada-teyyare-qezasinda-olenlerin-sayi-artdi
Oxunma sayı: 5059

Rusiyada “An-12” tipli nəqliyyat təyyarəsi radarlardan itib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, təyyarə Yakutskdan İrkutska uçuş həyata keçirərkən radarlardan itib.

Fövqəladə Hallar Nazirliyi təyyarənin eniş zamanı itdiyini təsdiqləyib. Məlumata görə, təyyarənin göyərtəsində 8 nəfər var.

***

Sibir avia-axtarış xilasetmə mərkəzinin verdiyi məlumata görə, təyyarə İrkutskda qəzaya düşüb. 

İlkin məlumatlara görə, təyyarə Pivovarixa kəndində aerodromun yaxınlığında qəzaya düşüb. FHN-in məlumatına görə isə, təyyarə qəzaya uğrayarkən yanıb. Hadisə yerinə yanğınsöndürən və xilasedici bölmələri göndərilib.

***

“RİA Novosti”nin məlumatına görə, qəza zamanı 2 nəfər həlak olub. 5 nəfərin isə taleyi hələ məlum deyil. Təyyarənin məhsul daşıdığı bildirilir. 

***

“TASS”ın məlumatına görə, qəza nəticəsində həlak olanların 5-nin cəsədi aşkar olunub. Bildirilir ki, təyyarənin göyərtəsində olan hər kəs həlak olub. Digərlərinin cəsədlərinin axtarışı davam etdirilir.

FHN-in məlumatına görə, təyyarənin göyərtəsində 8 deyil, 7 nəfər olub. Göyərtədə yalnızca ekipaj üzvlərinin olduğu qeyd olunur.

***

Təyyarənin qəzaya düşdüyü yerdə 6 nəfərin cəsədi, 7-ci nəfərin isə qalıqları tapılıb. Bu barədə Fövqəladə Hallar Xidmətinin nümayəndəsi "RİA Novosti"yə açıqlamasında bildirib.