Rusiyada ticarət mərkəzində yanğın, 4 ölü

rusiyada-ticaret-merkezinde-yangin-4-olu
Oxunma sayı: 701

Rusiyanın Başqırdıstan Respublikasında “Solneçnıy” ticarət kompleksində yanğın baş verib. 

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 4 nəfər isə yaralanıb.

Binadan daha 17 nəfər təxliyə edilib. 

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.