Rusiya səfirliyinin Azərbaycandakı nümayəndələri bloqqer Aleksandr Lapşinlə görüşüblər.
“Qafqazinfo”nun xəbərinə görə, bu barədə “İnterfaks”a Azərbaycan Baş Prokurorluğundan bildirilib.
“Vyana Konvensiyasına uyğun olaraq fevralın 9-da Rusiya səfirliyinin Bakıdakı nümayəndələrinin Aleksandr Lapşinlə görüşü təmin olunub”, - deyə prokurorluğun məlumatında vurğulanıb.
Qeyd edək ki, A. Lapşin fevralın 7-də Azərbaycana ekstradisiya olunub.
Xatırladaq ki, İsrail və Rusiya vətəndaşlığı olan Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu A. Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və o, beynəlxalq axtarışa verilib. O, Belarusda saxlanılmışdı.
Son xəbərlər
Son Xəbərlər