Saakaşvili ilə görüşən sevgilisindən ilk - Açıqlama

saakasvili-ile-gorusen-sevgilisinden-ilk
Oxunma sayı: 5987

Ukraynalı deputat Yelizaveta Yasko Rustavi həbsxanasında sevgilisi – Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ilə görüşüb.

“Qafqazinfo” gürcü mediasına istinadən xəbər verir ki, Yasko görüşdən sonra ilk açıqlamasını verib.

“Gürcüstanı belə prezidenti olduğu üçün qısqanırıq. O həm də Ukrayna siyasətçisidir. Çox istərdim ki, onu qoruyasınız”, - deyə Yasko bildirib.