Sabah bu ərazilərdə qaz olmayacaq

sabah-bu-erazilerde-qaz-olmayacaq
Oxunma sayı: 10927

Sabah saat 10:00-dan etibarən Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, buna səbəb Azadlıq və Z.Bünyadov prospektlərinin kəsişməsində sayğacın quraşdırılması və eyni zamanda R.Məmmədov küçəsində qaz kəmərində sızmanın aradan qaldırılmasıdır.