Sabah bu ərazilərdə qaz olmayacaq - Yenilənib

sabah-bu-erazilerde-qaz-olmayacaq
Oxunma sayı: 1743

Sabah Şəkinin bəzi ərazilərində qazın verilişində fasilə olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Şəki şəhərinin, 2 qəsəbəsinin və 30 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

***

Təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Nərimanov rayonunun Təbriz küçəsi 19, 19A,19B və M. Məmmədov küçəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.