Şagirdlərin qış tətilinin vaxtı açıqlandı

sagirdlerin-qis-tetilinin-vaxti-aciqlandi
Oxunma sayı: 16347

Məktəblilərin qış tətili günləri açıqlanıb. 

Elm və Təhsil Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, ümumi təhsil müəssisələrində 5 gün (27-31 yanvar) qış tətili olacaq.

Qış tətilindən sonra ümumi təhsil müəssisələrində ilk iş günü fevralın 1-dir. 

Bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.