Şahbaz Şərif ölkəsinin ilk “ASAN xidmət” mərkəzinin açılışında - Fotolar

sahbaz-serif-olkesinin-ilk-asan-xidmet-merkezinin-acilisinda
Oxunma sayı: 2259

Yanvarın 14-ü Pakistanın İslamabad şəhərində “ASAN xidmət” mərkəzinin açılışı olub.

“Qafqazinfo” xəbər verir ki, mərasimdə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, Pakistan hökumətinin üzvləri, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzin qurulması istiqamətində Pakistan tərəfinə zəruri dəstək göstərilib.

“Pakistan ASAN xidmət” mərkəzində ilkin mərhələdə 12 dövlət qurumu tərəfindən 64 xidmətin həyata keçirilməsi planlaşdırılır.

Mərkəzin girişində Azərbaycan-Pakistan dostluğunu əks etdirən xüsusi guşə yaradılıb. Burada Azərbaycan Prezidenti İlham Əliyevin iki ölkə arasındakı qardaşlıq münasibətlərini vurğulayan sitatı da yer alır.