Şahin Şıxlinskinin oğlu yenə saxlanıldı

sahin-sixlinskinin-oglu-yene-saxlanildi
Oxunma sayı: 7146

Azərbaycanın Yekaterinburqdakı diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mütvəli Şıxlinski Yekaterinburqda saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Ural.News” məlumat yayıb.

Qeyd edilib ki, guya o, iyulun 1-də Şahin Şıxlinski saxlanılarkən xüsusi təyinatlı əsgərlərdən birini “Gelandewagen” markalı avtomobillə vurub.

Xatırladaq ki, Şahin Şıxlinski və oğlu Mütvəli Şıxlinski iyulun əvvəli Yekaterinburqda vəhşicəsinə saxlanılmışdılar.