Şahzadənin toy tortunun parçası hərraca çıxarılacaq

sahzadenin-toy-tortunun-parcasi-herraca-cixarilacaq
Oxunma sayı: 246

Böyük Britaniyada şahzadə Uilyam və Keyt Middltonun toyunda qonaqlara təqdim olunan tort parçası 1700 avroya hərraca çıxarılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Hln” məlumat yayıb.

Qeyd edək ki, mərasim 29 aprel 2011-ci ildə “Westminster Abbey”də baş tutdu. Tort parçası hələ də öz orijinal dekorativ qablaşdırmasındadır, üzərində yeni evlənənlərin adları və gerbi var.