Şamaxıda da “Qərbi Azərbaycan irsi” kitabının təqdimat mərasimi keçirildi - Fotolar

samaxida-da-qerbi-azerbaycan-irsi-kitabinin-teqdimat-merasimi-kecirildi
Oxunma sayı: 1425

Şamaxı Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Şamaxı Mədəniyyət Mərkəzində “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, öncə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Qərbi Azərbaycan irsi” silsilə nəşri ilə bağlı videoçarx nümayiş olunub.

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Qərbi Azərbaycan İcmasının Ziyalılar şurasının üzvü, Paşalı rayon icmasının sədri, Aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Faiq Xudayev, rayon Ağsaqqallar şurasının sədri Mayıl Alıcanov, rayonda məskunlaşmış Qərbi azərbaycanlılar və rayon ictimaiyyətinin nümayəndələri çıxış ediblər.

Natiqlər Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı ermənilər tərəfindən yalnız etnik təmizləmə siyasəti həyata keçirilmədiyini, eyni zamanda, soydaşlarımıza məxsus maddi-mədəni irs nümunələrinin, qəbiriştanlıqların, məscidlərin, pirlərin, türbələrin yer üzündən tamamilə silinməsinə yönəlmiş vandalizm aktları törədildiyindən geniş söhbət açıblar.

Çıxış edənlər həmçinin müasir elmi yanaşmalar və yeni fundamental araşdırmalar əsasında çap olunmuş “Qərbi Azərbaycan irsi” kitabının I cildinin nəşr olunmasının əhəmiyyətindən söhbət açaraq, kitabda qeyd olunan təkzibedilməz faktların tarixi əhəmiyyətli elmi tədqiqat materialı və hüquqi baxımdan ciddi bir sənəd olmasını vurğulayıblar.