Samux rayonunda mikroavtobus idarəetmədən çıxaraq aşıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Köbər kənd ərazisində qeydə alınıb.
Qəza nəticəsində 2000-ci il təvəllüdlü Əsgərov Vüqar İlqar oğlunun öldüyü, daha bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Mikroavtobusun fəhlələri daşıdığı qeyd olunub.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev





Son xəbərlər
Son Xəbərlər