Samux rayonunda keçirilən yas mərasimində kütləvi zəhərlənmə hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Lək kəndində qeydə alınıb.
İlkin məlumata görə, mərasimdə iştirak edən 22 nəfər qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Onlara dərhal tibbi yardım göstərilib. Hazırda zəhərlənənlərin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Məlumata görə, zəhərlənənlər arasında azyaşlılar da var.
***
Samuxda yas mərasimində zəhərlənən şəxslərin adları bilinib.
Onlar Rasim Əliyev, G. M (2009) , Sultanbəy Əliyev (1966), F. D (2013) , Güllü Bayramova (1982), A. D ( 2022) , R. Ə (2010), N.S ( 2019), Qırğızbəy Məmmədov (1948), Gülnaz Məmmədova (1990), Almaz Əliyeva (1981), Gülnar Əşrəfli (1985), Könül Əşrəfli (1984) , N. D (2011), Qızxanım Yusifova (1968), Məhəbbət Babayeva (1968), Gülçöhrə Abdullrəhmanova (1979), M. S (2021), Təhminə Vəliyeva (1989), S. M (2021), S.Ə (2013), Bayramov Leylixandır (1958).
***
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) sorğumuza cavab olaraq bildirilib ki, 20 may 2026-cı il tarixində Samux rayonunun Lək kəndində keçirilən yas mərasimində baş verən hadisə ilə əlaqədar AQTA-nın regional bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılıb.
“Məlum olub ki, özlərini narahat hiss edən 21 nəfərə tibb müəssisəsində yardım göstərildikdən sonra evə buraxılıblar.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə mərasimdə təqdim olunan, məişət şəraitində hazırlanan qidalardan müayinələrin aparılması üçün nümunələr götürülərək laboratoriyaya təqdim edilib.
Araşdırmalar davam etdirilir”.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər