Şəhidin atası qəfil vəfat etdi - Foto

sehidin-atasi-qefil-vefat-etdi
Oxunma sayı: 662

Vətən müharibəsi şəhidi Lətif Əliyevin atası vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu məlumat verib.

O bildirib ki, şəhid atası Oruc Əliyev 60 yaşında Şərur rayonunda ürəktutmadan dünyasını dəyişib.

Qeyd edək ki, 1995-ci il təvəllüdlü L.Əliyev 2020-ci il 27 oktyabr tarixində Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şərur şəhər Şəhidlər xiyabanında dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.